“Bizi narahat edən bəzi məqamlar var”

“Neftçi” premyer liqanın 27-ci turunda səfərdə “Sumqayıt”a 1:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Samir Abbasov qələbəni belə şərh edib:

“Bu gün qalib gəlmək çox önəmli idi. Yadınızdadırsa, “Sumqayıt”la keçən oyundan sonra demişdim ki, bu gün rəqib kim olsaydı, uduzacaqdıq. Həmin gün özümüz özümüzə uduzduq.

Bunu sübut etmək üçün bu gün qalib gəldik. Bizi narahat edən bəzi məqamlar var. Məsələn, daha çox qol vurub, rahat oynaya bilərdik. Təəssüf ki, belə olmadı, amma xoş haldır ki, qələbə qazandıq. Sonuncu matça hazırlaşacağıq”.

Həmin kateqoriyadan