- Baxış sayı: 37
- 11 Dekabr 2024 21:26
- Baxış sayı: 53
- Dekabr 11, 2024
- 0
Lüis Həmilton Bəhreyn qran-prisindən sonra ilk dəfə fəxri kürsüdə yer alıb. Allsport.az saytı xəbər verir ki, o, mövsümün ilk yarışından sonra Kanadada fərqlənib. Britaniyalı sürücü sevincini belə bölüşüb: “Yarışda sonadək mübarizə apardığım üçün çox şadam. Bəzi məqamlarda hətta liderlər ilə eyni sürətlə sürüdüm, lakin finiş xəttinə yaxınlaşanda onlar çox uzaqlaşa bildilər.
Bu nəticə məni və komandamı ümidləndirir. Biz avtomobildən daha çox yararlana bildik ,onun sürəti var, lakin potensiyalını açmaq üçün düzgün parametrlər lazımdır. Bu il əsas problemimiz parametrlərin optimallaşdırılması ilə bağlıdır. Bolidin işləmə diapazonu çox dardır, keçmişdə istifadə etdiyimiz hər hansı digər maşından belə çox azdır.
Bəli, uzun müddətdir ki, fəxri kürsüyə çıxmıram. 15 il əvvəl Kanada qran-prisində mən ilk dəfə qalib gəldim. Burada azarkeşlərin enerjisini yenidən hiss etməkdən və o zirvəni xatırlamaqdan çox məmnunam. Mən çox xoşbəxtəm“.