“Bu, tək Azərbaycan üçün yox, dünya üçün çox böyük bir hadisədir”

Birinci Avropa Oyunlarının Moskvada keçirilmiş təqdimatı mərasimində Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Bu gün təkcə Azərbaycan üçün deyil, dünya üçün çox böyük bir hadisədir. Hamı üçün çox möhtəşəm bir idman tədbiri hazırlanır”.

Oyunlarda yarışacaq bütün komandalara uğur arzulayan Anodina deyib: “Mən ilk növbədə, Azərbaycan komandasına uğur arzulamaq istəyirəm. Şadam ki, bütün dünya gözəl Bakı şəhərini bir daha görəcək, ona bir daha valeh olacaq. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva gözəl, ağıllı, cazibədar xanımdır. Əminəm ki, onun rəhbərlik etdiyi Təşkilat Komitəsi sizin gözəl şəhərdə Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək”.

Həmin kateqoriyadan