- Baxış sayı: 43
- 08 Oktyabr 2026 23:58
- Baxış sayı: 92
- Oktyabr 08, 2026
- 0

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland klubun maliyyə pozuntuları ilə bağlı işi üzrə qərardan sonra azarkeşlərə müraciət edib.
Allsport.az xəbər verir ki, İngiltərə premyer liqası 2009–2018-ci illərdə maliyyə qaydalarının ciddi şəkildə pozulması ilə bağlı “şəhərlilər”i 115 ittihamdan 114-ü üzrə təqsirli bilib.
Klubu çempionluq titullarının əlindən alınması və liqadan kənarlaşdırılması da daxil olmaqla, müxtəlif sanksiyalar gözləyə bilər.
Haaland açıqlamasında komandanın birliyini qorumasının vacib olduğunu vurğulayıb:
“Biz birlikdə qalmalı, bir-birimizə dəstək olmalı və pozitiv düşünməliyik. Həyatda nə baş verməsindən asılı olmayaraq, hər zaman gülümsəməliyik. Önümüzə baxmalı, oyunlarda qalib gəlməyə çalışmalı və futboldan zövq almalıyıq. Birliyimizi qorumalı, bir-birimizə sevgi göstərməliyik”.
15 xalla İngiltərə premyer liqasının turnir cədvəlinə zirvəsində qərarlaşan “Mançester Siti” oktyabrın 11-də VI turda səfərdə “Liverpul”la qarşılaşacaq.