- Baxış sayı: 42
- 08 Oktyabr 2026 23:58
- Baxış sayı: 92
- Oktyabr 08, 2026
- 0

“Arsenal”ın 16 yaşlı futbolçusu Maks Dauman “Ginnesin rekordlar kitabı”na üç nailiyyətlə adını yazdırıb.
Allsport.az xəbər verir ki, ingiltərəli vinger premyer liqa tarixinin ən gənc çempionu (16 yaş, 144 gün) və turnirdə qol vuran ən gənc futbolçu (16 yaş, 73 gün) olub.
Dauman 2025-ci ilin noyabrında çempionlar liqasında debüt edərək turnir tarixində meydana çıxan ən gənc oyunçu adına da sahib çıxıb (15 yaş, 308 gün).
O, indiyədək “Arsenal”ın əsas komandasında 15 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.