- Baxış sayı: 43
- 08 Oktyabr 2026 23:58
- Baxış sayı: 92
- Oktyabr 08, 2026
- 0

“Roma”nın kapitanı Lorenso Pelleqrini “Premio Colalucci” mükafatına layiq görülüb.
Allsport.az xəbər verir ki, jurnalist Cuzeppe Kolaluççinin xatirəsinə həsr olunan mükafat idman, media və ictimai xidmət sahəsində fərqlənən şəxslərə təqdim edilir.
30 yaşlı yarımmüdafiəçi aprel ayından zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıb. Pelleqrini artıq tam bərpa olunduğunu bildirib:
“Hazırda özümü çox yaxşı hiss edirəm. Beynəlxalq fasilə mənim üçün tam vaxtında oldu. Gərgin məşqlər keçərək fiziki formamı bərpa etdim və mövsümün davamını səbirsizliklə gözləyirəm”.