Təhvil-təslim mərasimi

Təhvil-təslim mərasimi

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində beynəlxalq cüdo federasiyasının (İJF) bayrağının təhvil-təslim mərasimi baş tutub.

Apasport.az xəbər verir ki, milli gimnastika arenasında təşkil olunan tədbirdə Azərbaycan cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədli, İJF-in baş katibi doktor Lisa Allan və Qazaxıstan cüdo federasiyasının prezidenti Kuanyşbek Yesekeyev iştirak ediblər.

Mərasim zamanı İJF-in bayrağı arenadakı bayraq dirəyindən endirilərək əsas səhnəyə gətirilib. Elnur Məmmədli bayrağı Lisa Allana təqdim edib.

Daha sonra İJF-in baş katibi bayrağı 2027-ci ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi Kuanyşbek Yesekeyevə təhvil verib.

Beləliklə, dünya çempionatına ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib. Tədbirin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının təqdimat videosu nümayiş olunub.

Həmin kateqoriyadan