“Barselona”da yeni müqavilə

“Barselona”da yeni müqavilə

“Barselona” sağ cinah müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzadıb.

Allsport.az xəbər verir ki, 19 yaşlı futbolçunun yeni sözləşməsi 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

“Barselona”nın yetirməsi olan Espart 8 yaşından klubun akademiyasında çıxış edir. O, əsas komandada debütünü bu il UEFA çempionlar liqasında İngiltərə təmsilçisi “Nyukasl”a qarşı oyunda edib.

Müdafiəçi “Barselona”nın əsas komandasında ümumilikdə 11 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan