- Baxış sayı: 45
- 11 Oktyabr 2026 13:57
- Baxış sayı: 355
- Oktyabr 08, 2026
- 0

Bakıda cüdo üzrə dünya çempionatında legionçumuz Uşangi Kokauri (+100 kq) 1/16 finalda qırğızıstanlı Əmirxan Yoldaşqazıyevə, sonra polşalı Yakub Sordili qalib gəlib.
Allsport.az saytı xəbər verir ki, o, 1/4 finalda millimizin digər üzvü Kənan Nəsibovu üstələyib. Cüdoçumuz yarımfinalda Finlandiya təmsilçisi Martti Puumalayneni məyus edib.
Finalda rusiyalı İnal Tasoyevə yenilib və gümüş medalla kifayətlənib. O, 2018-ci ildə Milli gimnastika arenasında təşkil edilmiş eyni yarışda da 2-ci olmuşdu.