- Baxış sayı: 44
- 08 Oktyabr 2026 23:58
- Baxış sayı: 92
- Oktyabr 08, 2026
- 0

“Arsenal”ın “sükanı arxasında” dayanan Mikel Arteta İngiltərə premyer liqasında ən yüksək məvacib alan baş məşqçi mövqeyinə yiyələnib.
Allsport.az xəbər verir ki, 44 yaşlı ispaniyalı mütəxəssis London təmsilçisi ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqaviləyə imza atıb.
Anlaşmanın şərtlərinə əsasən, Artetanın illik qazancı bonuslar da daxil olmaqla təxminən 25 milyon funt sterlinqə çatacaq. Mütəxəssisin təməl maaşı 20 milyon avro dəyərində qiymətləndirilir, qalan məbləğ isə müxtəlif turnir göstəricilərindən asılı olaraq ödəniləcək. Təcrübəli çalışdırıcı əvvəlki müqaviləsi ilə mövsümə təxminən 15 milyon funt sterlinq qazanırdı.
Mikel Arteta 2019-cu ilin dekabrından “Arsenal”a rəhbərlik edir. Bu müddət ərzində “topçular” premyer liqanı, İngiltərə kubokunu və üç dəfə ölkə Superkubokunu qazanıb. London klubu həmçinin çempionlar liqasının finalına qədər irəliləyərək yalnız həlledici matçda PSJ-yə məğlub olub.