Essex Universitetində Avropa Oyunlarının tanıtımı olub

Böyük Britaniyanın Essex Universitetində azərbaycanlı tələbələrin təşəbbüsü, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Baku-2015” ilk Avropa Oyunlarının tanıtımı keçirilib. Allsport.az xəbər verir ki, universitetin şəhərciyində təşkil edilən stenddə “Baku-2015” ilk Avropa Oyunları ilə əlaqədar ingilis dilində nəşr edilən reklam-çap məhsulları, broşürlər, jurnallar və s. nümayiş etdirilib.

Tədris mərkəzində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin üzvləri müxtəlif ölkələrdən olan tələbələrə ilk Avropa Oyunları və ölkəmizdə keçiriləcək digər mötəbər idman tədbirləri haqqında ətraflı məlumat veriblər. Tanıtım kampaniyası tələbə və müəllim heyəti tərəfindən maraqla qarşılanıb.

Həmin kateqoriyadan