- Baxış sayı: 35
- 19 İyun 2025 12:26
- Baxış sayı: 54
- İyun 20, 2025
- 0
Aprelin 30-da Suqovuşanda ümummilli lider Heydər Əliyevin xatirəsinə avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatasında kayak qayığında 200 metr məsafəyə yürüş keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bu yarışı yüksək qiymətləndirdi:
“Suqovuşanda artıq 5-ci dəfədir beynəlxalq avarçəkmə yarışı keçirilir. İlk reqatada 4 ölkə iştirak edirdi. İndi onların sayı 20-ə yüksəlib. Azərbaycan kayak və avarçəkmə federasiyası ən fəal idman qurumlarındandır. İdmançılarımız da ildən-ilə nəticələrini yaxşılaşdırırlar”.