- Baxış sayı: 37
- 18 İyul 2026 00:33
- Baxış sayı: 454
- İyul 15, 2026
- 0

Uşaqların beynəlxalq müdafiəsi günü ilə bağlı paytaxtda “Dədə Qorqud” parkında keçirilən tədbirdə sakinlərə su idman növləri haqda məlumat verilib, peşəkar məşqçilərin nəzarəti ilə göldə uşaq və yeniyetmələr üçün həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılıb.
Allsport.az saytı xəbər verir ki, bayramda avarçəkmə qayıqlarında idmançıların nümunəvi çıxışları da baş tutub. Paytaxt sakinləri tərəfindən avarçəkmə idmanı böyük maraqla qarşılanıb.
Azərbaycan su idman növləri federasiyası (ASİNF) uşaq və yeniyetmələrin su idman növlərinə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçirir.