Final mərhələsinin açılışında

İyunun 4-də Bakı su idmanı sarayında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılışı olub. Allsport.az saytı xəbər verir ki, öncə dövlət himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan üzgüçülük federasiyasının prezidenti Zaur Əliyev çıxış ediblər. Mərasiminin ardından yarışlara rəsmi start verilib. Final mərhələsində Azərbaycan və Türkiyədən idmançılar mübarizə aparır. Azərbaycan komandası Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərləri, eləcə də Goranboy, Balakən və İsmayıllı rayonlarını təmsil edən iştirakçılarla yarışlarda təmsil olunur.

Bu gün keçirilən yarışlarda idmançılar 10–11, 12–13, 14–15, 46–50, 51–55, 56–60 və 61 yaşdan yuxarı kateqoriyalar üzrə medallar uğrunda mübarizə aparırlar.

Həmin kateqoriyadan