“Geridə qalan 11 il üçün təşəkkürlər”

“Sumqayıt”ın yeni transferi Masaki Murata “Valmiera” ilə bağlı instaqram hesabında paylaşım edib. Allsport.az xəbər verir ki, 23 yaşlı yapon futbolçu Latviya klubunda komanda yoldaşı olan Daysuke Yokota haqda yazıb:

“Geridə qalan 11 il üçün təşəkkürlər. Biz bütün vaxtımızı birlikdə keçirdik. Ola bilsin ki, daha birlikdə olmayacağıq. Bir saniyə belə, peşman deyiləm, hamısı gözəl xatirələrdir. Gələcəkdə sənə uğurlar arzu edirəm. Yenidən meydanda üz-üzə gələcəyik”.

Masaki Yokota ilə birlikdə “Valmiera”da Latviya çempionluğunu yaşayıb. “Sumqayıt” Murata ilə 1,5 illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan