İrina Rodnina: “Bakı Avropa üçün düzgün seçimdir”

“Birinci olmaq həmişə çətin və çox məsuliyyətlidir. Mən necə hazırlıq getdiyinin, bütün bu işlərin necə məhəbbətlə və məmnuniyyətlə görüldüyünün şahidiyəm. Əminəm ki, Oyunlar yüksək səviyyədə keçəcək. Avropa ölkələrinin həmin yarışlara böyük diqqət yetirəcəyi gözlənilir”.

Allsport.az xəbər verir ki, bu sözləri Rusiyanın tanınmış fiqurlu konkisürəni, üçqat Olimpiya çempionu, onqat dünya çempionu, RF Dövlət Dumasının deputatı İrina Rodnina “Bakı – 2015” Birinci Avropa Oyunlarının Moskvada təqdimatında səsləndirib.

Bakının Avropa üçün düzgün seçim olduğunu bildirən Rodnina deyib: “Gənc, müstəqil, eyni zamanda qədim tarixə, ənənələrə və mədəniyyətə malik olan bir dövlətin seçilməsi həm Olimpiya hərəkatının, həm də Azərbaycanda idmanın yalnız xeyrinə ola bilər”.

Həmin kateqoriyadan