İspaniya Avropa Oyunlarında iştirak edəcək badminton və triatlon komandalarını elan etdi

İspaniya Bakı-2015-də yarışacaq 4 badmintonçusunun və 6 triatlon idmançısının adlarını açıqlayıb. Allsport.az xəbər verir ki, bu adların arasında məşhur idmançılara rast gəlinmir.

İspaniya Milli Olimpiya Komitəsi (MOK) bu ölkənin badminton federasiyasının Bakı-2015 Avropa Oyunları üçün irəli sürdüyü kişilər arasında təkbətək oyunçu Pablo Abianın, qadınlar arasında Klara Azurmendinin, habelə Laura Molina və Haldee Ocedadan ibarət cütlüyünün namizədliyini təsdiqləyib.

Abian hal-hazırda dünya sıralamasında 59-cu yeri tutur. Martın 26-a olan məlumata görə, Abian İspaniyanın ən titullu idmançıları sırasında 51-ci yerdə qərarlaşıb. 2008 Olimpiya Oyunlarının birinci mərhələsinin görüşündə məğlub olduqdan sonra o, London-2012 Olimpiya Oyunlarının birinci mərhələsində çexiyalı rəqibi Petr Koukal üzərində qələbə qazanaraq növbəti mərhələdə məğlub olmazdan əvvəl Olimpiya Oyunlarında keçirilmiş badminton görüşündə zəfər əldə etmiş ilk İspaniyalı idmançıdır.

Bakı-2015-də qadınlar arasında təkbətək görüşdə Avropanın ən yüksək iki pilləsində yer alan idmançıları Karolina Marin və Beatriz Korales iştirak etməyəcəklər. Bunlar dünyanın müvafiq olaraq, 2 nömrəli və 24 nömrəli oyunçularıdırlar. Onlar Bakı-2015 Avropa Oyunlarda iştirakdan imtina ediblər. Bu, 26 Martda dünyada 202-ci yerdə qərarlaşan 192 nömrə altında çıxış edən 16 yaşlı Azurmendinin ispaniyalı qadınlar arasında birinci təkbətək görüşə çıxacaq oyunçu olması ilə nəticələnib.

Cütlükdən ibarət qadın komandasının üzvləri Molina və Oceda hal-hazırda dünyada 111-ci yeri tuturlar.

İspaniya MOK-u həmçinin, Avropa Oyunları üçün 6 nəfərdən ibarət triatlon komandasını da elan edib.

Qadınlardan ibarət komandaya üçqat Olimpiya Çempionu Ainhoa Murua başçılıq edir. Bu komandaya İspaniya çempionu Miriam Kasillas və Mooloolabada özününün ilk dünya kubokunun sahibi Tamara Qomez qoşulacaq.

Kişilərdən ibarət komandaya ikiqat U23 dünya çempionu Fernand Alarza, 2014 Avropa Çempionatının bürünc medalçısı Visente Hernandez və David Kastronu daxil edilib.

Həmin kateqoriyadan