İsveçrə Avropa Oyunlarına göndərəcəyi 30 idmançının adını açıqladı

Taekvondo üzrə Avropa çempionu Nina Klay və Olimpiya Oyunlarında iştirak etmiş cüdoçu Juliane Robra bu heyətə başçılıq edir. Allsport.az xəbər verir ki, İsveçrə Olimpiya Komitəsi Bakı 2015 Avropa Oyunlarında yarışacaq doqquz idman növü üzrə ilk 30 idmançının adını açıqlayıb.

Klay 67 kq çəki dərəcəsində Avropa çempionu olduğu üçün İsveçrənin taekvondo üzrə qızıl medal qazanmaq şansı yüksəkdir. O həm də 2013 Dünya Çempionatında bürünc medal, 2006 Avropa Çempionatında isə gümüş medal qazanıb.

Bundan əlavə, 57 kq çəkidə taekvondo döyüşçüsü Manuela Bezzola 2010 Avropa Çempionatında bürünc medal, 2008-ci il Olimpiya Oyunlarında yarışmazdan əvvəl 2009-cu ildə keçirilmiş Universiadada qızıl medala layiq görülüb.

70 kq çəkidə cüdo üzrə çıxış edəcək Juliane Robra Avropa Çempionatının ikiqat bürünc medalçısı olduğuna görə və London 2012 Olimpiya Oyunlarında iştirak etdiyinə görə İsveçrənin cüdo idmanında iki medal ümidindən biridir. Ludovic Chammartin 60 kq çəkidə sabiq Olimpiya çempionudur.

İsveçrənin karate üzrə yeganə iştirakçısı 2012 və 2013-cü illərdə yeniyetmələr arasında Avropa Çempionu olmuş 68 kq çəki dərəcəsində Elena Quirici olacaq.

Bundan əlavə, Rachel Moret İsveçrənin üçqat stolüstü tennis çempionudur və dünya çempionatlarında dörd dəfə iştirak edib.

İsveçrənin Olimpiya rəsmiləri növbəti günlərdə digər idman növlərindən Bakı 2015-də iştirak edəcək idmançılarn da adlarını elan edəcək.

Aşağıda Bakı 2015 Avropa Oyunları üçün irəli sürülmüş idmançıların siyahısı verilib.

Badminton: Nicole Ankli (qadınlar arasında təkbətək), Mathias Bonny (kişilər arasında təkbətək), Celine Burkart (qarışıq cütlük), Oliver Schaller (qarışıq cütlük)

Qadınlar arasında boks: Sandra Brügger (60 kq), AnaisKistler (64 kq)

Kişilər arasında boks: Uke Smajli (81 kq)

Avarçəkmə: Fabio Wyss (K1000, K5000)

Şpaqa növü üzrə qılıncoynatma: Bruce Brunold, Georg Kuhn, Michele Niggeler, Florian Staub

Qadınlar arasında cüdo: Emilie Amaron (-57 kq), Larissa Csatari (-57 kq), Juliane Robra (-70 kq)

Kişilər arasında cüdo: Ludovic Chammartin (60 kq), Ciril Grossklaus (90 kq), Domenic Wenzinger (90 kq), Flavio Orlik (100 kq)

Karate: Elena Quirici (68 kq)

Taekvondo: Manuela Bezzola (57 kq), Nina Klay (67kq)

Stolüstü tennis: Rachel Moret

Qadınlar arasında güləş: Nadine Tokar (55 kq)

Kişilər arasında güləş: Damian Dietsche (Yunan-Roma 75 kq), Jonas Bossert (Yunan-Roma 80 kq), Steven Graf (sərbəst güləş 65 kq), Stefan Reichmuth (sərbəst güləş 74 kq), Marco Riesen (sərbəst güləş 86 kq), Philipp Hutter (sərbəst güləş 97kg)

Həmin kateqoriyadan