İsveçrəni Avropa Oyunlarında təmsil edəcək idmançılardan 30-u bəlli oldu

İsveçrə Olimpiya Komitəsi iyunun 12-dən 28-dək Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək idmançılardan 30-nun adını açıqlayıb. Allsport.az xəbər verir ki, “Bakı-2015”də həmin idmançılardan 4-ü badminton, 3-ü boks, 4-ü kanoe, kayak və qılıncoynatma, 7-si cüdo, 7-si karate və güləş, 2-si taekvondo, digərləri isə tennis yarışlarında mübarizə aparacaq.

Növbəti seçimin mayda keçiriləcəyi bildirilir. İsveçrəni ilk Avropa Oyunlarında məşqçilər də daxil olmaqla 200 idmançı təmsil edəcək. Xəbərdə qeyd olunur ki, 6 min atletin mübarizə aparacağı ilk Avropa Oyunları idmanın bəzi növləri üzrə “Rio-2016” Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verəcək.

Həmin kateqoriyadan