İtaliya mətbuatı: “Avropa Oyunları güclü idmançılar yetişdirəcək”

İtaliya KİV-lərində ilk Avropa Oyunlarının Romada keçirilmiş təqdimat mərasimi ilə bağlı növbəti reportajlar, yazılar, videosüjetlər yer alıb. Allsport.az xəbər verir ki, məlumatlarda “Bakı-2015” ilk Avropa Oyunlarının qitənin idman tarixində önəmli yer tutacağı, bu yarışların güclü idmançılar yetişdirəcəyi qeyd olunur.

Vurğulanır ki, Avropa bu tədbirə ilk ev sahibi olaraq Azərbaycanı seçib. İtaliyanın Müasir İncəsənət üzrə Milli Qalereyasında təşkil olunmuş təqdimat mərasimdən bəhs edən yazılarda Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışından sitatlar verilib, tədbirə bu ölkənin ictimai-siyasi, mədəni dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələrinin və digər nüfuzlu qonaqların qatıldığı qeyd olunub.

İlk Avropa Oyunları haqqında məlumatların yer aldığı məqalələrdə diqqətə çatdırılır ki, 17 gün ərzində Avropanın bütün ölkələrindən olan 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq.

Həmin kateqoriyadan