- Baxış sayı: 149
- 10 Aprel 2026 19:50
- Baxış sayı: 59
- Aprel 30, 2026
- 0

7-9 fevralda Polşanın Bielsko-Biala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U-21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatı başa çatıb.
Allsport.az xəbər verir ki, idmançılarımız nüfuzlu yarışdan 3 medalla dönür.
Azərbaycan milli komandası bir gümüş, iki bürünc medala sahib olub.
Milli komanda üzvlərindən Ələddin Məlikov (16-17 yaş / 68 kq) gümüş mükafata, Vüsal Qənbərov (14-15 yaş / 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş / 57 kq) bürünc medallara yiyələnib.