“Kimyaçılar” İsraildən hücumçu aldı

Dövrələrarası fasilədə heyətini Dieqo Karioka və Masaki Murata ilə gücləndirən “Sumqayıt” daha bir futbolçunun keçidini həll edib.

Allsport.az xəbər verir ki, son olaraq İsrailin “Bney Yehuda” klubunda çıxış edən qanalı hücumçu Kərim Əbubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalanıb. 27 yaşlı hücumçu “Sumqayıt”ın heyətində 9 nömrəli geyimdə çıxış edəcək.

Kərim Əbubakar karyerası ərzində “Medeama” (Qana), “Leqanes”, “Alkorkon”, “Valdivia”, “Don Benito”, “Algesiras”, “Yeklano Deportivo” (hamısı İspaniya), “Hapoel Akre” (İsrail) kimi klubların uğurları üçün çalışıb.

Həmin kateqoriyadan