- Baxış sayı: 60
- 13 Sentyabr 2026 10:21
- Baxış sayı: 67
- Sentyabr 13, 2026
- 0

Azərbaycan millisinin toppaylayıcısı Kristina Besman AVRO-2026-nın “C” qrupunda Rumıniya üzərində qazanılan qələbəni şərh edib.
Allsport.az xəbər verir ki, voleybolçu oyunun çətin keçdiyini bildirib:
“Çox çətin oyun oldu. Rumıniya güclü komandadır, xüsusilə servislərdə çox yaxşıdır. Bəzi məqamlarda qəbullarda çətinliklər yaşadıq. Lakin qalib gəlmək üçün əlimizdən gələni etdik, sona qədər mübarizə apardıq və qələbə qazandıq”.