- Baxış sayı: 52
- 22 Oktyabr 2026 11:06
- Baxış sayı: 454
- Oktyabr 21, 2026
- 0

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.
Allsport.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Türkiyə yığması ilə üz-üzə gəlib.
İstanbul şəhərində yerləşən “Sənan Ərdəm” idman zalında baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:14, 25:16, 25:22).
Xatırladaq ki, Azərbaycan milli gimnastika arenasında təşkil olunan “C” qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.