- Baxış sayı: 41
- 28 Avqust 2026 21:58
- Baxış sayı: 133
- Avqust 27, 2026
- 0


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.
Allsport.az xəbər verir ki, oyunları Bakıda təşkil olunan “C” qrupunu 8 xalla 3-cü pillədə başa vuran Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Türkiyə ilə qarşılaşacaq.
“Ay-ulduzlular” bu gün Polşa yığmasına 2:3 hesabı ilə uduzaraq A qrupunu ikinci sırada tamamlayıb.
1/8 final oyunları avqustun 31-i və sentyabrın 1-də İstanbulda baş tutacaq.