- Baxış sayı: 45
- 01 Sentyabr 2026 23:17
- Baxış sayı: 70
- Sentyabr 01, 2026
- 0

Serbiyalı mütəxəssis Daniel Mişiç 2026/27 mövsümündə “Ordu” idman klubunun fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini icra edəcək.
Allsport.az xəbər verir ki, 20 ildən artıq peşəkar təcrübəyə malik mütəxəssis karyerası ərzində müxtəlif ölkələrin milli komandalarında və aparıcı klublarında fəaliyyət göstərib.
O, Serbiya (2013–2015, 2022–2024), İran (2017–2020), Mərakeş (2021) və Şimali Makedoniya (2021) millilərində, həmçinin Türkiyənin “Xalbank” (2024–2026), Ukraynanın “Episentr-Podolyanı” (2023/2024), Rusiyanın “Omiçka” (2015/2016), Rumıniyanın “Tomis Konstanta” (2009–2013), BƏƏ-nin “Əl-Əyn” (2007/2008) və Monteneqronun “Buduçnost Podqoritsa” (2004–2008) komandalarında çalışıb.
D.Mişiç beynəlxalq karyerası ərzində Asiya çempionatı və Asiya oyunlarının qızıl, dünya böyük çempionlar kubokunun və Avropa çempionatının bürünc medalları, həmçinin müxtəlif ölkələrin milli çempionatlarında titullar da qazanıb.
Daniel Mişiç 2024-cü ildə Parisdə təşkil olunan yay olimpiya oyunlarında Serbiya millisinin fiziki hazırlıq üzrə məşqçisi kimi iştirak edib.