Faiq Qarayev mükafatlandırıldı

Faiq Qarayev mükafatlandırıldı

Azərbaycan voleybol federasiyasının vitse-prezidenti və qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Türkiyə voleybol federasiyası tərəfindən mükafatlandırılıb.

Allsport.az xəbər verir ki, mükafat Faiq Qarayevə İstanbulda keçirilən Avropa çempionatının 1/8 final mərhələsində baş tutan Türkiyə – Azərbaycan matçı zamanı təqdim olunub.

Türkiyə voleybol federasiyasının prezidenti Məhmət Akif Üstündağ mükafatı şəxsən Faiq Qarayevə təqdim edib.

Mükafat Faiq Qarayevə Türkiyədə voleybolun inkişafına verdiyi töhfələrə görə təqdim olunub.

Həmin kateqoriyadan