- Baxış sayı: 62
- 22 Oktyabr 2026 23:41
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

Bakının ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında “C” qrupunda yeddinci oyun gününə yekun vurulub.
Allsport.az xəbər verir ki, milli gimnastika arenasında Niderland – Belçika və Portuqaliya – Rumıniya qarşılaşmaları keçirilib.
Hər iki görüşdə qalib tay-brekdə müəyyənləşib. Belçika Niderlandı, Portuqaliya isə Rumıniyanı 3:2 hesabı ilə məğlub edib.
Beləliklə, son tur öncəsi Belçika 13 xalla qrupda liderdir. Niderland 9 xalla ikinci, Azərbaycan 8 xalla üçüncü pillədə qərarlaşıb. Portuqaliya 5 xalla dördüncü, Rumıniya 3 xalla beşinci, İspaniya isə 1 xalla sonuncudur.
“C” qrupunda son oyunlar avqustun 28-də keçiriləcək. Saat 15:30-da İspaniya – Rumıniya, 18:30-da isə Azərbaycan – Niderland qarşılaşmaları baş tutacaq.