- Baxış sayı: 29
- 01 Sentyabr 2026 23:14
- Baxış sayı: 9
- Sentyabr 01, 2026
- 0

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova yığmadakı karyerasını başa vurub.
Allsport.az xəbər verir ki, təcrübəli hücumçu milli komandadakı son oyununu bu gün Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə yığmasına qarşı keçirib.
Oyundan sonra Azərbaycan voleybol federasiyası adından Rəhimovaya uzun illər ərzində milli komandaya və ölkə voleyboluna göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gül təqdim olunub.