- Baxış sayı: 31
- 30 Aprel 2026 23:32
- Baxış sayı: 46
- May 01, 2026
- 0

Həmvətənimiz Lalə Kramarenko, bədii gimnastika üzrə Rusiya çempionatının 4 növündə qalib olub. Allsport.az saytı xəbər verir ki, o, lent (40,45 xal), halqa (38,35 xal), top (39,65 xal) və gürzlə (40,50 xal) hərəkətlərdə fərqlənib.
18 yaşlı idmançı komanda hesabında 2021-ci ilin Avropa çempionu və yeniyetmələrin 3-qat dünya çempionudur.
O, sovetlər “Neftçi”sində məşhur azərbaycanlı qapıçı Sergey Kramarenkonun nəvəsi, millimizin qolkiperi və məşqşisi olmuş Dmitri Kramarenkonun qızıdır.