Mətbuatın Avropa Oyunları üçün akkreditasiyası aprelin 3-də başa çatacaq

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi jurnalistlər, fotoqraflar və yayım hüququ olmayan təşkilatlar üçün akkreditasiyanın aprelin 3-də başa çatacağını elan edib. Allsport.az xəbər verir ki, “Bakı-2015” Avropa Oyunlarını işıqlandırmaq istəyən mətbuat nümayəndələri elan olunan tarixdən öncə müraciət etməlidirlər və gecikmiş müraciətlər qəbul olunmayacaq.

Yerlər məhdud olduğu üçün media nümayəndələrinin yeni inşa edilmiş Media Kəndində qalmaq üçün yer rezervasiya etmələri (səhər yeməyi daxil olmaqla bir nəfər üçün bir gecəlik 50 avro və iki nəfər üçün 65 avroya otaq) tövsiyə olunur. Media kəndi Atletlər kəndinin yaxınlığındadır və bütün obyektlərə gedən nəqliyyat vasitələri buradan hərəkət edəcək. Burada, həmçinin hər cür iş və yemək imkanları təmin ediləcək.

Mətbuat nümayəndələri akkreditasiya forması əldə etmək üçün pressoperations@baku2015.com ünvanına məktub göndərə bilərlər.

Həmin kateqoriyadan