Minskli idmançı gerçəkdən azərbaycanlı tərəfindən zorlanmışdımı? – VİDEO

Azərbaycan cüdo federasiyasının hakimlər komitəsinin sədri Natiq Bağırov sovetlər dönəmində doğma yurdunu tərk edib Belarusda yaşadığı zaman müxtəlif macəralar yaşayıb. Onlardan biri kişi-qadın münasibətidir. Bunu chatgpt.com yazır. Minskli keçmiş idmançı Yekaterina Filinoviç o vaxtı həmyerlimizi təcavüzdə ittiham edib. Natiq Bağırov isə, bunu belaruslu qızın öz razılığı əsasında olduğunu deyib. İş məhkəməyə qədər gedib, lakin hökm çıxarılmayıb, yetərincə sübut tapılmayıb. Gəzən söz-söhbətə görə, qadın sonradan hüquq-mühafizə orqanlarında çalışdığından işinə ziyan gəlməsini istəməyib və bu üzdən məsələnin daha böyüyüb partlamasını məqsədəuyğun saymayıb.

Məhkəmənin qısa xülasəsi belədir: Onlar bir-birini tanıyırdılar; onlar görüşürdülər; münaqişədən sonra qadın şikayət ərizəsi verib; tibbi müayinə keçirilib; məhkəmə prosesi uzun müddət davam etdi; sonda Natiq Bağırovu ittiham etmək üçün kifayət qədər dəlil yox idi. Maraqlıdır ki, hər 2 şəxsin idmanda karyerası oxşardır. Öncə sambo, sonradan cüdo ilə məşğul olublar: soydaşımız sambo üzrə 3-qat dünya və 5-qat Avropa çempionudur; cüdoçular arasında 2 dəfə dünya və 2 kərə qitə çempionatlarının bürünc medalçısıdır.

1987-ci il təvəllüdlü Katya sambo üzrə yeniyetmələrin dünya birinciliyinin finalçısıdır; Moskvada keçirilmiş dünya kubokunda 7-ci yer tutub (2005). O, Bakıda da olub. 2003-cü ildə yeniyetmə cüdoçuların Avropa birinciliyində iştirak edib. Chatgpt.com onların nə vaxt tanış olduğunu, Azərbaycan paytaxtında bir yerdə olub-olmaması barədə bir şey yazmayıb. Çünki Sidney olimpiadası-2000-də Natiq Bağırov azərbaycanlı həmkarı Elçin İsmayılova yenildikdən qısa müddət sonra karyerasını artıq başa vurmuşdu. Filinoviçin yeniyetmə və gəncliyində çox gözəgəlimli olduğu söylənilir və cavanlıq şəkili də bunu təsdiq edir.

Allsport.az saytının araşdırmasında o da məlub olub ki, respublikadan qaçan bir qrup azərbaycanlı idmançı barədə 1990-cu ildə “Didərginlər” sənədli filmi çəkilib. Rejissor Miri Rzayev, ssenari müəllifi Fəraməz Səfiyevdir. Söhbət, Minskdə yaşayan yunan-Roma güləşi üzrə olimpiya, dünya və Avropa çempionu Kamandar Məcidovdan və haqqında bəhs edilən şəxsdən, eləcə də cüdo ilə sambo üzrə idman ustası, moskvalı Kamran Məmmədovdan və keçmiş Leninqraddan olan beynəlxalq dərəcəli idman ustası Raqif Məmmədovdan gedir. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi kadrların şərhində yazılıb ki, onlar öz xoşbəxtliklərini SSRİ-nin digər şəhərlərində axtarmalı olublar.

Həmin kateqoriyadan