Moldovada ilk Avropa Oyunlarının təqdimatı keçirilib

Dünən Kişinyovun Respublika Sarayında Bakı-2015-in təqdimatı olub. Allsport.az saytı AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə Moldovanın sabiq prezidenti Mirça Snequr, Moldova Respublikası Prezidenti Aparatının baş katibi İon Paduraru, Moldova Respublikası parlamenti sədrinin müavini Liliana Palixoviç, Moldova Respublikasının mədəniyyət naziri Monika Babuk, deputatlar, Moldova Mİlli Olimpiya Komitəsinin prezidenti Nikolay Juravski, səfirlər və bu ölkədə akkreditə olunmuş digər diplomatlar, tanınmış idmançılar, ictimai xadimlər, biznesmenlər, habelə KİV nümayəndələri iştirak ediblər.

Bakı-2015-in təqdimatında Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev çıxış edib. O, çıxışında tədbirin təşkilinə görə Moldova Milli Olimpiya Komitəsinə təşəkkür edərək, idman tarixində ilk Avropa Oyunlarının əhəmiyyətindən, Azərbaycanın bu oyunlara hazırlığından söz açıb. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Bakı-2015-in keçirilməsi üzrə Təşkilat Komitəsinin gördüyü böyük iş xüsusi vurğulanıb.

Bildirilib ki, bu irimiqyaslı tədbirə qısa müddətdə hazırlaşmaq son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sabit və dinamik inkişafı, ölkəmizdə idmana göstərilən diqqət və qayğı sayəsində mümkün olub.

Həmin kateqoriyadan