Moskvada Bakı-2015-ə həsr edilən mətbuat konfransı keçiriləcək

Fevralın 14-də Moskvada TASS agentliyində Azərbaycanda keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilən mətbuat konfransı olacaq. Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman naziri, Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki iştirak edəcəklər.

Bakı-2015 iyunun 12-dən 28-dək keçiriləcək. Proqrama 20 idman növü üzrə yarışlar daxildir. Onlardan 16-sı olimpiya oyunları proqramına daxildir. Avropa Oyunlarında 6 mindən çox idmançı 253 dəst medal uğrunda mübarizə aparacaq.

Həmin kateqoriyadan