Nazir Avropa Oyunlarının təqdimatı üçün Moskvaya gedib

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Bakı-2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Allsport.az xəbər verir ki, bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir.

Moskvanın “Redisson Royal, Moskva” mehmanxanasının konqres- parkında baş tutacaq tədbirdə 450-dən çox qonağın iştirakı göslənilir.

Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda, ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə də tanış ola biləcəklər.

Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.

Həmin kateqoriyadan