“Neftçi” və “Səbail”in baş məşqçilərinə 5 oyunluq cəza

AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda gənclər liqasında keçirilən “Səbail” – “Neftçi” oyununda “Səbail”in baş məşqçisi Müşviq Qənbərov və “Neftçi”nin baş məşqçisi İlyas Qurbanov öz aralarında davamlı şəkildə mübahisə etdikləri üçün hər iki çalışdırıcının 5 oyunluq cəzalandırılmasına qərar verilib.

Bundan başqa, U-17 Liqasında keçirilən “Xan Lənkəran” – “Zirə” oyununda “Xan Lənkəran” komandasının baş məşqçisi Ramiz Hüseynov qarşılaşmanın 40-cı dəqiqəsində meydana daxil olaraq kəskin şəkildə etiraz etdiyi üçün qırmızı vərəqə aldıığına görə 1 oyunluq cəzalandırılıb.

Həmin kateqoriyadan