“Neftçi” yeni transferini açıqladı

“Neftçi” hücumameylli yarımmüdafiəçi Kilan Lebonu transfer edib. Allsport.az xəbər verir ki, fransız futbolçu ilə 1,5+1 il müddətinə müqavilə bağlanıb. 25 yaşlı yarımmüdafiəçi komandanın heyətində 22 nömrəli formanı geyinəcək.

O, Fransanın “Amyen-2” (2014-2016), “Paris-2” (2016-2018), “Şambli” (2017-2018), “Paris” (2018-2020), “Qazelek Ayaçço” (2019-2020), “Kretey” (2020), Hollandiyanın “Utrext-2” (2019), Bolqarıstanın “Beroe” (2020-2022) və Qazaxıstanın “Astana” (2022) klublarında çıxış edib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish