Niderland Bakı-2015-ə 100-dən çox idmançı ilə qatılacaq

Hollandiya “Bakı-2015” birinci Avropa Oyunlarında mümkün qədər çox medal qazanmaq istəyir. Allsport.az xəbər verir ki, bu barədə Hollandiyanın Milli Olimpiya Komitəsinin “Bakı-2015” üçün göndərəcəyi heyətin rəhbəri Jeroen Bijl “Volkskrant.de” qəzetində dərc olunan məqaləsində yazıb.

“Bakı-2015”də 100-dən çox hollandiyalı idmançının yarışacağını vurğulayan J.Bijl məqaləsində yazıb: “Biz və digər ölkələrin federasiyaları bu yarışları çox ciddi idman tədbiri hesab edirik. Yarışlarda təsnifat üçün lazım olan tələblər Olimpiya Oyunları ilə eynidir. Bir çox idman növündəki Azərbaycan standartları “Rio-2016” Olimpiya Oyunlarında olduğu kimidir”.

J.Bijl deyib ki, “Bakı-2015” qeyri-Olimpiya idman növlərinin inkişafı üçün də geniş imkanlar açır. Çünki bu idman tədbiri gələcək yarışlar üçün bir mərhələdir. “Bakı-2015” birinci Avropa Oyunları idmanın 20 növündən 12-nin Braziliyada keçiriləcək Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıması baxımından böyük əhəmiyyət kəsb edir.

Həmin kateqoriyadan