Ölkə başçısı və xanımı Bakı-2015-in ilk biletlərini satın aldılar

İlk Avropa Oyunlarına gedən yolda yaşanmış tarixi məqamlardan biri də prezident İlham Əliyevlə ölkənin birinci xanımı, eyni zamanda Bakı-2015-in Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dünən oyunlara ilk biletləri satın almaları oldu. Allsport.az saytı xəvər verir ki, Bakı-2015 komandası da paytaxt bulvarında təşkil olunan Novruz şənliklərində Azərbaycan xalqını yalnız buraxmadı. Festival zamanı Azərbaycanın Gənclər və İdman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru cənab Azad Rəhimov ilk onlayn satış sistemindən bilet satın alınması haqqında təsdiqi Prezident İlham Əliyevə təqdim etdi.

Bu gündən etibarən bilet satışı http://az.baku2015.com/tickets vasitəsilə ictimaiyyətə açıq elan edilir və Avropa Oyunlarına daxil olan 20 idman növü üzrə yarışlar, o cümlədən möhtəşəm Açılış və Bağlanış Mərasimləri üçün yerlərə geniş tələbatın olacağı gözlənilir.

Bakı 2015-in Novruz şənlikləri Prezident, Birinci Xanım və Gənclər və İdman nazirinin 12-28 iyun tarixlərində keçiriləcək Oyunların proqramına daxil edilmiş idman növlərindən bir çoxunun nümayiş edildiyi stendləri ziyarət etməsi ilə mükəmməl başlanğıca imza atdı.

İctimaiyyətə də interaktiv nümayiş stendlərində Bakı 2015 idman növləri haqqında məlumat əldə etmək və onları şəxsən sınamaq imkanı verilir. Növbəti üç gün ərzində hər gün saat 14:00 – 16:00 arasında növbə ilə dörd müxtəlif idman növü təqdim edilcək.

Cənab Rəhimov bildirib: “Novruz Azərbaycan xalqı üçün çox önəmli bayramdır. Bu ilki şənliklərə ölkədə keçiriləcək ən möhtəşəm idman tədbiri olan Avropa Oyunlarının təqdimatı daxil edilib. Bu il təşkil olunan bayram tədbirlərinə cənab Prezident, ölkənin Birinci Xanımı və onların ailəsinin iştirakı ilə daha möhtəşəm şəkildə start verildi.

Mükəmməl bir tədbirdir və buradakı stend nümayişləri ictimaiyyətin bu yay Bakının möhtəşəm yarış məkanlarınada keçiriləcək idman növləri haqqında məlumat almasına imkan verir”.

Prezidentin bilet satın alma prosesində iştirak edən Bakı 2015-in əməliyyatlar üzrə baş icraçı direktoru cənab Saymon Kleq çıxışında bunları əlavə edib: “Bilet satışının başladılması hər bir iri miqyaslı idman tədbirinin mühüm mərhələlərindən biri hesab olunur. Bakı 2015 də buna nümunədir. Biletlərin qiymətləri olduqca əlverişlidir. İdman yarışları üçün 2 – 5 manat aralığı, Açılış Mərasimi üçün 20 manadan başlayan qiymətlər, Bağlanış Mərasimi üçün 10 manat, 16 yaşdan kiçik uşaqlar üçün isə əksər obyektlərə pulsuz giriş müəyyən edilib.

Novruz 1 Novruz 2

Həmin kateqoriyadan