“Gücümüz çatmadı”

“Gücümüz çatmadı”

“Araz-Naxçıvan” premyer liqanın X turunda öz meydanında “Zirə” ilə 2:2 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Yuri Maksimov bunu deyib:

“Komandama qazandığımız 1 xala görə təşəkkür edirəm. Qələbə hesabını qorumaq üçün çalışdılar, amma gücümüz çatmadı. Düzdür, 2:0 öndə olan zaman fərqi artırmaq imkanlarımız oldu. Futbolçularda sanki həyəcan var. Bu da komandanın turnir cədvəlinin sonuncu pilləsində olmasından irəli gəlir. Əgər orta pillələrdə yer alsaydıq, onlar daha rahat oynayarlar”.

Həmin kateqoriyadan