- Baxış sayı: 40
- 17 Avqust 2026 23:45
- Baxış sayı: 50
- Avqust 17, 2026
- 0

“Kəpəz” yeni mövsümdə ilk transferini rəsmiləşdirib.
Allsport.az xəbər verir ki, Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb.
Tam adı Paulo Rojerio Veyqa dos Santos olan qapıçı ilə 1 illik müqavilə imzalanıb. Portuqaliyalı qolkiper son olaraq İsrailin “İroni Tiberias” klubunda çıxış edib.
“Braqa”nın yetirməsi olan 26 yaşlı çərçivə qoruyucusu 2024-2025-ci illər mövsümündə də” Sarı-göylər”in formasını geyinib. Rojerio Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının üzvü olub.