- Baxış sayı: 123
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, premyer liqa nəhəngi “Brayton”dan Karlos Balebanı transfer edib.
“Qırmızı şeytanlar” kamerunlu futbolçu üçün 80+5 milyon avro ödəyəcəklər. 22 yaşlı dayaq yarımmüdafiəçisi “Mançester Yunayted”lə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.
“Brayton” Karlos Balebanı 2023-cü ilin yayında “Lill”dən 27 milyon avroya transfer edib. Kamerun millisinin üzvü bu mövsüm “qağayılar”ın heyətində meydana çıxdığı 29 oyunda qol və ya məhsuldar ötürmə ilə yadda qalıb.