- Baxış sayı: 92
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 530
- Oktyabr 21, 2026
- 0

“Malyorka” Alberto Morenonun transferini açıqlayıb.
Allsport.az xəbər verir ki, 34 yaşlı sol cinah müdafiəçisi İspaniya klubuna azad agent kimi keçib.
Tərəflər 2027-ci ilin iyununa qədər müqavilə imzalayıb. Sazişdə müqavilənin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb.
Moreno son iki mövsümü “Komo”da keçirib. O, daha əvvəl “Vilyarreal”, “Liverpul” və “Sevilya”nın da formasını geyinib.