Bratislavada yaşayan həmyerlimiz: “Güləşçilərimiz qələbələri bizi çox ruhlandırır, bizə şərəf verir”
- Baxış sayı: 73
- 20 Avqust 2026 11:30


Slovakiya paytaxtı Bratislavada gənc güləşçilərin dünya birinciliyi davam edir. Yarışın 4-cü günündə yunan-Roma güləşçiləri çıxışlarını başa vurdular. Son anda, nəhayət, Azərbaycan himnin səsləndirildi. 60 kq-da mübarizə aparan Ayxan Cavadov finalda özbəkistanlı Dastanbəy Arifova 4:1 qalib gəldi. Mükafatlandırmadan sonra o, sevincini Allsport.az saytına bölüşdü:
“Bu yarışda daha yaxşı hazırlaşıb 3-cü dəfə dünya çempionu oldum. Amma zəfərə gedən yol asan olmadı. O üzdən şəxsi məşqçimə, millinin çalışdırıcılarına təşəkkürümü bildirirəm. Yarımfinal çox ağır keçdi. Hesab 3:3 idi, axırda 1 xal da qazandım. Həlledici görüşdə də 1 xal geridə olmağıma rəğmən, vəziyyəti xeyrimə dəyişə bildim”.
Kamran HACI, Bratislava