- Baxış sayı: 38
- 04 Sentyabr 2026 23:56
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Omari Kelliman Fransanın “Strasburq” komandasına keçib.
Allsport.az xəbər verir ki, hücumameyilli oyunçu liqa-1 təmsilçisi ilə müqavilə imzalayıb.
2024-cü ilin yayında “Aston Villa”dan transfer olunan yarımmüdafiəçi zədə səbəbindən ilk mövsümündə heyətdə möhkəmlənə bilməyib.
Xatırladaq ki, O.Kelliman ötən mövsümü icarə əsasında “Kardiff Siti”də keçirib və kollektivin Çempionşipə yüksəlməsinə töhfə verib. O, həmçinin “Çelsi”nin mövsümlərarası toplanışında 2 matçda şans qazanıb.