“00” nömrəsi ilə çıxış edəcəklər

“00” nömrəsi ilə çıxış edəcəklər

NHL-də 2026/27 mövsümündən etibarən bütün fövqəladə ehtiyat qapıçılar “00” nömrəsi ilə çıxış edəcək.

Allsport.az xəbər verir ki, yeni mövsümdən etibarən hər komanda həm ev, həm də səfər oyunlarında iştirak edəcək öz ehtiyat qapıçısına malik olmalıdır.

Fövqəladə ehtiyat qapıçı daha əvvəl NHL-də çıxış etmiş xokkeyçi ola bilməz. Həmçinin onun peşəkar səviyyədə 80-dən çox oyunu olmamalıdır.

NHL tarixində “00” nömrəsi ilə cəmi iki qapıçı çıxış edib. Con Devidson 1977/78 mövsümündə “Nyu York Reyncers”, Marten Biron isə 1995/96 mövsümündə “Buffalo Seybrz”in formasını geyinib. Daha sonra statistika sistemində yaranan problemlərə görə NHL “00” nömrəsindən istifadəni qadağan edib.

Həmin kateqoriyadan