- Baxış sayı: 38
- 17 Avqust 2026 23:53
- Baxış sayı: 19
- Avqust 17, 2026
- 0

Slovakiya paytaxtı Bratislavada gənc güləşçilərin dünya birinciliyinin 2-ci günündə 4 çəkidə medalçılar bilindi. Allsport.az saytı xəbər verir ki, 63 kq-da Tural Əhmədov 3-cü yer uğrunda görüşdə ekvadorlu Klisman Karrakedonu 2:1 üstələdi. Çıxışını başa vurduqsan sonra o sevincini Allsport.az saytı ilə bölüşdü:
“Əslində, bu yarışa kəmər üçün gəlmişdim. Amma təəssüflər olsun ki, özbəkistanlı idmançı ilə 1/4 finalda kiçik səhv nəticəsində üstünlüyümü əldən verdim. Hər halda, Allaha şükür olsun, vətənə əliboş dönməyəcəyəm. Bu medal gələcək yarışlarda mənə böyük ilham verəcək”.
Kamran HACI, Bratislava