- Baxış sayı: 247
- 17 Avqust 2026 23:59

- Baxış sayı: 387
- Avqust 20, 2026
- 0


Azərbaycanın uşaq və yeniyetmə badmintonçuları Batumidə keçirilən beynəlxalq turnirdə uğurlu nəticə göstəriblər.
Allsport.az xəbər verir ki, badmintonçularımız üç yaş kateqoriyasında ümumilikdə 5 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıblar.
Qızıl medallara Murad Qarayev – Aidə Qurbanova (U-11 qarışıq qoşa), Murad Qarayev – Doğan Ayan (Türkiyə) (U-11 oğlanlar qoşa), İsmayıl Qarayev – Zülfüqar Kərimli (U-13 oğlanlar qoşa), Ömər Mehdi (U-15 oğlanlar fərdi) və Yusif Kamalov – Ömər Mehdi (U-15 oğlanlar qoşa) sahib çıxıblar.
Gümüş medalları Murad Qarayev (U-11 oğlanlar fərdi), Yusif Kamalov (U-15 oğlanlar fərdi), Banu İbrahimli (U-15 qızlar fərdi) və Ömər Mehdi – Ayla Zeynalova (U-15 qarışıq qoşa) qazanıb.
Bürünc medallara isə Aidə Qurbanova – Melis Demir (Türkiyə) (U-11 qızlar qoşa), İsmayıl Qarayev, Zülfüqar Kərimli (U-13 oğlanlar fərdi), Dəniz Əhmədli, Lalə İsmayılova (U-13 qızlar fərdi), Zülfüqar Kərimli – Dəniz Əhmədli, İsmayıl Qarayev – Lalə İsmayılova (U-13 qarışıq qoşa) və Dəniz Əhmədli – Lalə İsmayılova (U-13 qızlar qoşa) yiyələniblər.