- Baxış sayı: 29
- 24 Avqust 2026 23:45

- Baxış sayı: 372
- Avqust 20, 2026
- 0


Almaniyanın “Hamburq” klubu heyətini yeni hücumçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Nitsa” komandasının forvardı Terem Moffinin transferini elan edib.
27 yaşlı nigeriyalı futbolçu yeni klubunda “9” nömrəli formada çıxış edəcək. Onunla bağlanan müqavilənin müddəti barədə əlavə məlumat verilməyib.
Moffi 2023-cü ildən şərəfini qoruduğu “Nitsa”nın heyətində 72 oyunda 24 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli hücumçu karyerası ərzində “Portu”, “Loryan” və Belçikanın “Kortreyk” klublarında da oynayıb.