“Məqsədim ən yaxşı döyüşçünü məğlub etməkdir”

“Məqsədim ən yaxşı döyüşçünü məğlub etməkdir”

UFC-nin sabiq çempionu Merab Dvalişvili Pyotr Yanla keçirəcəyi növbəti döyüş barədə fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, tərəflər arasında üçüncü döyüş oktyabrın 24-də Əbu-Dabidə keçiriləcək UFC-333 turnirində baş tutacaq. Hazırda şəxsi qarşılaşmalarda hesab 1:1-dir.

“Artıq kəmər sahibi olmuşam və onu bir neçə dəfə qorumuşam. İndi yenidən titul döyüşünə çıxacağam və rəqibim yenə Pyotr Yan olacaq. Mən onu artıq məğlub etmişəm, bu dəfə də qalib gələcəyəm.

Amma hazırda mənim üçün Pyotru məğlub etmək kəməri qazanmaqdan daha vacibdir. Kəmər ikinci dərəcəlidir. Məqsədim ən yaxşı döyüşçünü məğlub etməkdir.

Son döyüşümüzdə uduzdum. Bu, idmandır və burada çox risk edirik. İkinci döyüşdən əvvəl ən yaxşı vəziyyətdə deyildim. Məğlub olduğumu inkar etmirəm. İndi hesab 1:1-dir.

Pyotr yüksək səviyyəli rəqibdir, çox yaxşı döyüşçüdür. Mən yalnız ən yaxşılarla döyüşmək istəyirəm. Mənim üçün ən vacib olan budur”.

Həmin kateqoriyadan